Ordu.az xəbər verir ki, ABŞ Konqresinin Araşdırma Xidmətinin hazırladığı hesabatda Türkiyənin F-35 alması ilə bağlı qərara yenidən baxıla biləcəyi qeyd edilib.
Hesabata həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil edilib. ABŞ BƏƏ-nin Çinlə yaxınlaşması səbəbindən satışına icazə verdiyi F-35-dən geri çəkilmişdi.
Hesabatda bu məlumatlar yer alıb: “Konqres Türkiyə və BƏƏ-yə F-35-lərin satışını yenidən nəzərdən keçirə bilər. Konqres Türkiyənin proqramda iştirakına da yenidən baxa bilər”.
Sevinc Əliyeva
Ordu.az