Şolts Suriyanın yeni liderini Əsəd üzərində qələbə münasibətilə təbrik edib

2025/02/1738950984.jpg
Oxunub: 384     21:48     07 Fevral 2025    
Almaniya Kansleri Olaf Şolts Suriyanın keçid dövrü üçün Prezidenti Əhməd əş-Şəraanı Berlinin Suriyanın yenidən qurulmasını dəstəkləməyə hazır olduğuna əmin edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi məlumat verib.

Birsaatlıq telefon danışığı zamanı Şolts Suriya xalqını Bəşər Əsəd iqtidarının başa çatması münasibətilə təbrik edib və Suriyada bütün vətəndaşların iştirakını təmin edən inklüziv siyasi prosesin zəruriliyi ilə bağlı Əş-Şəraa ilə razılaşıb.

“Kansler Suriyada, regionda və bütün dünyada təhlükəsizlik üçün terrorla mübarizənin vacibliyini vurğulayıb”, - nümayəndə əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Suriya  


Bizi "telegram"da izləyin