Artıq Tramp-Putin təmaslarında Ukrayna deyil, Avropa müzakirə olunur? – BAXIŞ BUCAĞI

2025/02/1738667258.jpg
Oxunub: 891     17:31     04 Fevral 2025    
“Rusiya ilə ciddi müzakirələr aparırıq”. Bunu ABŞ prezidenti Donald Tramp deyib. ABŞ prezidenti bu müzakirələrin səviyyəsi və Putinlə təması nəzərdə tutub-tutmaması barədə başqa təfərrüatları açıqlamayıb.

Günlər əvvəl Vaşinqtonda Rusiya vətəndaşlarının da ölümünə səbəb olan sərnişin təyyarəsi qəzası baş verəndə, Putinlə mövzunu müzakirə edib-etmədiyi sualına Tramp mənfi cavab verərək, birmənalı olmayan bəyanatla çıxış edib. O, Putinlə bu mövzuda danışmadığını deyib. Belə bir təəssürat yaranıb ki, o, Putinlə danışıb, amma mövzu bu olmayıb.

Tramp Rusiya ilə ciddi müzakirələr aparmaqdan danışmaqla, ola bilsin ki, özü ilə Putin arasında açıqlanmayan təmasların olması ehtimalını daha da artırıb. Digər tərəfdən, Tramp çoxdan öz komandasına Putinlə görüşün təşkili üzərində işləmək göstərişi verdiyini açıqlayıb. Bu o deməkdir ki, təmaslar olmalıdır, çünki təmaslar olmadan görüş təşkil etmək mümkün deyil.

Hər halda, mümkün Tramp-Putin görüşü, şübhəsiz, maraqlı olsa da, atmosfer baxımından sürpriz olmayacaq, çünki Tramp və komandası ictimai rəyi həmin görüşün mümkünlüyünə uyğunlaşdırmaq üçün çox çalışıb. Ola bilsin ki, bu gün əsas sual məqsədi eyni ictimai rəyi Tramp-Putin görüşünün hansısa konkret nəticələrinə uyğunlaşdırmaq olan prosesin hazırda davam edib-etməməsidir. Onların “masası”nda Ukraynanın yox, Avropanın taleyi deyilən şeyin olacağı şübhəsizdir.

Əlbəttə, bizi daha çox bütün bunların Qafqaza necə təsir edəcəyi maraqlandırır. Ehtimal etmək lazımdır ki, ötən ay Bakıda keçirilən yüksək səviyyəli Azərbaycan-Gürcüstan görüşündə də məhz bu məsələ əsas məsələ olub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda Azərbaycanla münasibətlərin böyük əhəmiyyət daşıdığını bəyan etdiyini nəzərə alsaq, güman etmək lazımdır ki, İrəvan Tbilisinin təmasları zamanı üçtərəfli formatda müəyyən razılaşmalar vasitəsilə Qafqazda Tramp-Putin sövdələşməsi ilə bağlı, belə demək mümkündürsə, ən azı nazik “sığorta kəməri” yaratmaq təklifini qəbul etməkdən imtina edib.

Görünən odur ki, İrəvan bu sövdələşmə vasitəsilə Qafqazda Aİ-nin təsirini artırmaq variantına mərc edir. Bakı və Tbilisinin İrəvanın bu hesablamasına qarşı effektiv cavab tədbirləri həyata keçirəcəyi istisnasızdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin