Tramp ABŞ-nin Kanadaya rüsumları dayandıracağını təsdiqləyib

2025/01/1737950860.jpg
Oxunub: 378     09:44     04 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının bu ölkə ilə ticarət razılaşması əldə etmək üçün Kanadadan mallara idxal rüsumlarını 30 gün müddətinə dayandıracağını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Tramp bu haqda “Truth” hesabında yazıb.

"Mən bu ilk nəticədən çox məmnunam və Kanada ilə yekun iqtisadi razılaşmanın əldə edilib-edilməyəcəyini görmək üçün şənbə günü elan edilən rüsumlar 30 gün müddətinə dayandırılacaq. Hamı üçün ədalət", - deyə o bildirib.

Kanadanın baş naziri Castin Trüdo da “X” hesabında ABŞ-nin Kanadaya tətbiq ediləcək rüsumları 30 gün müddətinə dayandıracağını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kanada  


Bizi "telegram"da izləyin