Fransa müdafiə və ordu büdcəsini ikiqat artıracaq

2024/12/1733459046.jpg
Oxunub: 499     17:22     03 Fevral 2025    
Fransa müdafiə və ordu büdcəsini ikiqat artıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.

Makron bildirib ki, Fransa müdafiə xərcləri ilə bağlı 2 yeni qanun layihəsi qəbul edəcək, bu addım Parisin hərbi xərclərini 120 milyard avroya çatdıracaq.

Həmçinin, gücləndirilmə işlərinin aparılması üçün daha çox Avropa fondundan da yardıma ehtiyacı olduğunu vurğulayıb.

Həm publik, həm də özəl fondların, o cümlədən Avropa ölkələrinin bu miqyasda birgə hərəkət etməsinin vacibliyindən danışan Fransa prezidenti ancaq bu yolla layihənin icrasına nail ola biləcəklərini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Müdafiə   Ordu  


Bizi "telegram"da izləyin