Fransa HHM-i gücləndirmək üçün 600 milyon avro sərmayə qoyacaq

2025/02/1738390150.jpg
Oxunub: 427     14:28     03 Fevral 2025    
Fransa Müdafiə Nazirliyi ölkənin Hava Hücumundan Müdafiəsini (HHM) gücləndirmək üçün 600 milyon avro sərmayə qoyacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu vəsait 2024-2030-cu illər arasında yeni zenit sistemlərinin alınması, modernləşdirilməsi və yeni HHM sistemlərinin hazırlanması üçün istifadə olunacaq.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, ən yüksək prioritet və eyni zamanda ən bahalı sahə 8 batareya həcmində MICA-VL zenit sistemlərinin alınması olacaq.

MICA-VL HHM sistemi aktiv radar idarəetmə başlığına malik MICA-RF qısa mənzilli modulyar HHM raketinə əsaslanır.

Sistem qısa mənzilli sistemin bir hissəsi kimi nəzərdə tutulduğundan, hava hədəflərini ələ keçirmək üçün maksimal mənzil 20 km, hündürlük isə 9 km-ə qədərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HHM  


Bizi "telegram"da izləyin