Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fransa Müdafiə Tədarükü Agentliyi (DGA) iki mühüm proqram vasitəsilə HDQ-nin özünümüdafiə imkanlarını gücləndirəcək.
Bu kontekstdə MBDA “France” KNDS “France” və “Thales” LAS ilə əməkdaşlıq çərçivəsində SIMBAD-RC dəniz HHM sistemi və 40 mm-lik zenit sursatları hazırlamağı və tədarük etməyi planlaşdırır.
Bu təşəbbüslər Fransa HDQ-nin müasir hava və suüstü təhlükələrə qarşı müdafiəsini artırmaq məqsədi daşıyır.
DGA bildirib ki, sifarişlər Fransanın 2024-2030-cu illər üçün Hərbi Proqramlaşdırma Qanununun (LPM) bir hissəsidir, məqsədi HDQ-nin imkanlarını gücləndirmək və modernləşdirməkdir.
Sevinc Əliyeva
Ordu.az