Litva Ukraynaya 5 milyon avro dəyərində PUA verib

2025/01/1737435636.jpg
Oxunub: 1442     00:44     21 Yanvar 2025    
Litva Ukraynaya 5 milyon avro dəyərində 4 500 pilotsuz uçuş aparatı (PUA) verib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Litvanın Müdafiə Nazirliyindən bildirilib.

PUA-ların növləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, PUA-lar ilə təchiz etməyi, minatəmizləmə sahəsində beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukrayna müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, habelə həmin ölkənin hərbçilərininin və onların hərbi kadrlarının hazırlanmasında iştirak etməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ukrayna  


Bizi "telegram"da izləyin