Bu barədə
Ordu.az xarici mətbuata istinadən xəbər verir.
"Bizim uğurumuz təkcə qalib gəldiyimiz döyüşlərdən yox, həm də bitirdiyimiz müharibələrdən ibarət olacaq. Müharibələrə cəlb edilməmək vacib olacaq", - Tramp deyib.
"Mən sülhməramlı və insanları bir araya gətirən insan olmaq istəyirəm", - ABŞ rəhbəri əlavə edib.
O, eyni zamanda ABŞ Ordusunun gücləndirilməsinə diqqət yetirəcəyinə söz verib.
“Biz 2017-ci ildə etdiyimiz kimi (Trampın birinci prezidentliyi dövründə - red) bir daha dünya tarixinin ən güclü ordusunu quracağıq”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti xüsusilə əvvəlki administrasiya tərəfindən COVID-19 peyvəndindən imtina etdiyi üçün hərbi xidmətdən uzaqlaşdırılan hərbi qulluqçuları xidmətə qaytaracağına söz verib.
Ordu.az