Tramp: "ABŞ çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq"

2025/01/1737395795.jpg
Oxunub: 463     21:36     20 Yanvar 2025    
ABŞ-nin qızıl dövrü elə indi başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

Tramp ölkənin ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.

Tramp administrasiyasının gündəliyini həyata keçirməyə başlamaq üçün bir sıra sərəncamlar imzalamağı planlaşdırdığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin