Latviyada müdafiə xərcləri ÜDM-in 5%-nə qədər artırıla bilər

2025/01/1737373705.jpg
Oxunub: 572     15:39     20 Yanvar 2025    
Latviyada müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmaq məqsədi ilə yaxın gələcəkdə dövlət büdcəsində vəsaitlərin optimallaşdırılacağı açıqlanıb.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

“Bu, xərclərin azaldılması ilidir. İxtisarların qəbuledilməz olduğu yeganə sahə təhlükəsizlikdir. Bəzi xərcləri azaltmaqla həll yollarını tapmalı olacağıq”, - o qeyd edib.

Rinkeviçsin sözlərinə görə, bu məsələ ABŞ ilə danışıqlardan asılı olacaq.

Qeyd olunub ki, hazırda Latviya müdafiə sənayesinin tələbatı artıq ÜDM-in 4%-ni keçir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Müdafiə-xərci  


Bizi "telegram"da izləyin