Estoniyada hərbi təlimlər başlayır

2025/01/1737357635.jpg
Oxunub: 1990     11:13     20 Yanvar 2025    
20-24 yanvar tarixlərində Estoniya Silahlı Qüvvələri Tallində təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ERR telekanalı məlumat yayıb.

Təlimlər Kesklinn və Pıxya-Tallinn rayonlarında hərbçilərin beynəlxalq missiyalarda iştiraka hazırlanması məqsədilə keçiriləcək. Təlimlər zamanı şəxsi mühafizə əməliyyatlarının uğurla həyata keçirilməsi üçün zəruri olan prosedurlar məşq ediləcək.

Beynəlxalq missiyalarda, məsələn İraqda əsas vəzifələrdən biri mühafizə olunan şəxsin təhlükəsiz hərəkətinin təmin edilməsi, tapşırıqların yerinə yetirilməsi və təhlükəsiz qayıdışıdır.

Təlimlər çərçivəsində imitasiya vasitələrindən istifadə olunur, eləcə də “Black Hawk” helikopterləri (ABŞ) iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Hərbi-təlim  


Bizi "telegram"da izləyin