“Mavi Vatan-2025” təlimi başa çatıb - VİDEO

2025/01/asdas-1737354263.jpg
Oxunub: 603     15:22     20 Yanvar 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçirdiyi “Mavi Vatan-2025” təlimi başa çatıb.

Ordu.az xəbər verir ki, təlim Türkiyə Silahlı Qüvvələrinin təlim proqramı çərçivəsində HDQ Komandanlığı tərəfindən həyata keçirilib.

Təlimə Türkiyə HDQ Komandanlığına məxsus 90 gəmi və 50 hava platforması ilə birlikdə ümumilikdə 20 min personal qatılıb.

Təlimdə “Barbaros” Sinfi Freqat Yarım Ömür Modernləşdirmə Layihəsi çərçivəsində modernləşdirmə işləri tamamlanan ilk gəmi olan TCG “Oruçreis” də iştirak edib.

Türkiyə Milli Müdafiə Nazirliyi “Mavi Vatan-2025” təliminin başa çatdığını açıqlayıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mavi-Vatan-2025  


Bizi "telegram"da izləyin