KİV: Kazanda partlayış səsləri eşidilir, şəhərə PUA hücumunun olması ehtimalı var

2025/01/1737350080.jpg
Oxunub: 1663     09:03     20 Yanvar 2025    
Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında “Xalça” rejimi tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kazan   PUA  


Bizi "telegram"da izləyin