“Kızılelma PT-3”ün sınaqları davam edir

2025/01/1737349473.jpg
Oxunub: 522     13:44     20 Yanvar 2025    
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın istehsal prototipi növbəti uçuş sınağını uğurla başa vurub.

Ordu.az xəbər verir ki, “Bayraktar Kızılelma”nın istehsal prototipi olan TC-ÖZB3 bort nömrəli üçüncü prototip 2024-cü il sentyabrın 25-də ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

İstehsal prototipi olan “Bayraktar Kızılelma PT-3” 2024-cü ilin iyul ayında Tekirdağ vilayətinin Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzinə təhvil verilib.

Burada o, ilk olaraq təhlükəsizlik kəmərləri ilə mühərrikin işə salınması sınağından keçib. İlk uçuş yaxınlaşarkən, avtomatik taksi sınaqları, qaçış sınaqları və təkər kəsmə sınaqları uğurla tamamlanıb.

“Kızılelma”nın inkişaf etdirilmə prosesi planlaşdırılan sınaq cədvəlinə uyğun olaraq davam edir. “Bayraktar Kızılelma”nın istehsal prototipi olan TC-ÖZB3 bort nömrəli “Bayraktar Kızılelma PT-3” yanvarın 18-də Tekirdağ vilayətinin Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzində növbəti uçuş sınağını uğurla başa vurub.

Sınaq zamanı həyata keçirilən sistem identifikasiyası fəaliyyətləri də uğurla tamamlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kızılelma   PT-3   Sınaq  


Bizi "telegram"da izləyin