Qəzzada azad edilmiş girovlara HƏMAS-dan “xatirə hədiyyələri” verilib

2025/01/1737347457.jpg
Oxunub: 1090     02:37     20 Yanvar 2025    
Yanvarın 19-da Qəzza bölgəsində 470 günlük girovluqdan azad edilmiş üç israilli Fələstinin HƏMAS hərəkatından “hədiyyə” paketləri alıblar.

Ordu.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Yerli media qeyd edib ki, HƏMAS-ın hərbi qanadının simvolları olan kağız paketlərdə “hədiyyələr və suvenirler”, o cümlədən Qəzza mənzərələri olan açıqcalar olub. Bundan başqa, qadınlara “hədiyyə dəstinə” daxil olan “azadlıq sertifikatları” da təqdim edilib.

Videoda azad edilmiş girovların Qəzza bölgəsini tərk etmək üçün avtomobilə mindiyi an əks olunub. Görüntülərdə qadınlara ərəb və ivrit dilində mətnləri olan suvenirlər və sertifikatlar təqdim edildiyi, onların da bunları nəzakətlə qəbul edərək kamera qarşısında qısa müddət təbəssümlə pozalar verdiyi görünür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin