KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək

2025/01/1736006456.jpg
Oxunub: 506     20:14     19 Yanvar 2025    
Fələstinin HƏMAS hərəkatı cümə günləri vasitəçilərə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində radikalların şənbə günləri azad etməyi planlaşdırdığı girovların siyahısını təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsin birinci mərhələsi Bakı vaxtı ilə yanvarın 19-da saat 13:15-də HƏMAS hərəkatının bu gün azad ediləcək girovların adlarını vasitəçilərə vaxtında çatdıra bilməməsi səbəbindən üçsaatlıq gecikmədən sonra başlayıb. HƏMAS anlaşma çərçivəsində buraxılacaq ilk üç girovun adlar siyahısını 18 saat gecikmə ilə təqdim edib.

KİV-də yayılan məlumata görə, HƏMAS öz növbəsində İsrailin bu gün razılaşma çərçivəsində azad etməli olduğu 90 məhbusun siyahısını gözləyir. Razılaşmaya əsasən, bir İsrail girovunun azad edilməsi müqabilində 30 fələstinli azad edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin