Husilər dünya iqtisadiyyatına 200 milyard dollar ziyan vurub

2024/08/1724130639.jpg
Oxunub: 584     18:01     19 Yanvar 2025    
Yəməndə husilərin fəaliyyəti keçən il dünya ticarətinə 200 milyard dollar ziyan vurub.

Ordu.az xəbər verir ki, dəniz yolu ilə yüklərin daşınmasının dəyəri 5 dəfə bahalaşıb.

Ən böyük ziyan Misirə dəyib. Qahirənin Süveyş kanalından əldə etdiyi gəlir 7 milyard dollar azalıb. ABŞ isə Qırmızı dənizdə gəmilərin qorunması üçün keçən il 5 milyard dollar xərcləməli olub.

Qeyd edilib ki, 2024-cü il ərzində husilər gəmiləri Afrikanı dolanmaqla yük daşımağa məcbur edib. Asiyadan Avropaya dəniz yolu 6 min kilometr, 10-14 gün artıb. Bu isə gəmilərin hər reysinin 1 milyon daha baha başa gəlməsinə səbəb olur. Qırmızı dənizdən daşınan yüklər üçün sığorta tarifləri isə 20 dəfə artırılıb.

Yaranmış vəziyyətdən uduşlu çıxan isə Çin və Rusiyadır, çünki husilər bu ölkələrin gəmilərini atəşə tutmur. Hazırda Süveyş kanalı ilə daşınan neft yüklərinin əsas hissəsi də Rusiyaya məxsusdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin