Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, İsrailin irs naziri Negev, Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsini yazıblar.
Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında İsrail hakimiyyəti saat 11:15-dən (Bakı vaxtı ilə 13:15) atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
***
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada atəşkəs razılaşmasına görə Baş nazir Benyamin Netanyahunun kabinetindən istefa verib.
Ordu.az-ın xəbərinə görə, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq sayaraq tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.
Ordu.az