Husilər İsraildəki hədəflərə raket zərbələri endiriblər

2025/01/1736918423.jpg
Oxunub: 1983     09:13     19 Yanvar 2025    
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları İsrailin cənubundakı Eylat şəhərindəki hədəflərə ballistik və qanadlı raketlərdən istifadə edərək hücum ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə üsyançı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya deyib.

Onun sözlərinə görə, birinci əməliyyat “Zülfiqar” tipli ballistik raketdən, ikincisi isə qanadlı raketdən istifadə etməklə həyata keçirilib. O bildirib ki, əməliyyatların məqsədlərinə “uğurla nail olunub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin