Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hərbçilər məxfilik şəraitində dəniz yolu ilə Latviyaya gediblər. Onlar altı ay müddətində Rusiya ilə sərhədi qoruyacaqlar.
Məqsəd Rusiyanı NATO-nun ərazi bütövlüyünə meydan oxumaqdan çəkindirməkdir.
Bu, İsveçin NATO daxilində ilk missiyasıdır.
Qeyd edək ki, İsveç hərbçiləri sonuncu dəfə 1990-cı illərdə Avropada sülhməramlı missiyada iştirak ediblər. Həmin vaxt onlar Kosovoda əməliyyatlarda təmsil olunublar.
Xatırladaq ki, bundan əvvəl İsveçin NATO-nun Baltik dənizində patrul missiyasına qoşulacağı bildirilmişdi.
Ordu.az