Türkiyə Monqolustan üçün sursat fabriki inşa edir

2024/02/1708327499.jpg
Oxunub: 616     11:34     17 Yanvar 2025    
Türkiyə ilə Monqolustan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılır.

Ordu.az xəbər verir ki, Monqolustan Türkiyə ilə bağlanan müqavilə çərçivəsində ölkədə sursat fabriki qurulacağını açıqlayıb.

Mövzu ilə bağlı açıqlama verən Monqolustan müdafiə naziri Sandaq Byambatsoqt deyib: “Türkiyə tezliklə ölkəmizdə sursat fabriki quracaq. Bundan sonra odlu silah və döyüş sursatları xaricdən alınmasına ehtiyac qalmadan öz daxili istehsalımız olacaq”.

Monqolustanda mülki və hərbi sursatların istehsal olunacağını bildirən Byambatsoqt personalların da sursat istehsalı ilə bağlı təlimlər keçdiyini bildirib.

Həm Şərqi Asiya, həm də Orta Asiyada torpaqları olan Monqolustanla bu əməkdaşlığın Türkiyənin beynəlxalq müdafiə bazarında daha böyük yer tutmasına imkan yaradacağı və Türkiyə müdafiə sənayesinin istehsal şəbəkəsini daha da inkişaf etdirməsinə zəmin yaradacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monqolustan  


Bizi "telegram"da izləyin