Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 20-də Trampın andiçmə mərasimi ərəfəsində Ağ Evin bir çox əməkdaşı əşyalarını toplasa belə, administrasiya Baydenin qalan müddətdə bir sıra əlavə icra sərəncamları imzalamasını gözləyir.
Xüsusilə, demokrat gender əsasında ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri görməyə ümid edir. Bayden həmçinin Tramp administrasiyasının bəyənmədiyi şəxsləri qabaqcadan əfv etməyi də nəzərdən keçirir.
Ötən ilin dekabrın əvvəlində Tramp NBC News-a deyib ki, o, rəqiblərinə qarşı qisas almayacaq. Onun fikrincə, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğurlu dövlət olmasını təmin etməkdir.
Ordu.az