ABŞ HHQ-nin rəhbəri vəzifəsinə Milli Kəşfiyyat İdarəsinin rəis müavininin namizədliyi irəli sürülüb

2025/01/1737090891.jpg
Oxunub: 633     05:17     17 Yanvar 2025    
Milli Kəşfiyyat İdarəsinin (NRO) direktor müavini Troy Meink Hərbi Hava Qüvvələrinin növbəti rəhbəri vəzifəsinə namizəd göstərilib.

Ordu.az xəbər verir ki, bu haqda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

“Troy Meink əsl vətənpərvər və Hərbi Hava Qüvvələrimizin qarşısında duran strateji problemləri dərk edən hörmətli veterandır. Onun təcrübəsi və ölkəmizə olan bağlılığı onu görkəmli lider edəcək", - deyə Tramp bildirib.

Tramp bildirib ki, Meink ABŞ Hərbi Hava Qüvvələrini təkmilləşdirmək üçün müdafiə nazirinə namizəd Pit Hegset ilə işləyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin