Fransa Milli Assambleyası hökumətə etimadsızlıq təklifinin əleyhinə səs verib

2025/01/1737090678.jpg
Oxunub: 1528     03:59     17 Yanvar 2025    
Fransa Milli Assambleyasında (Fransa parlamentinin aşağı palatası) keçirilən səsvermədə Fransua Bayru hökumətinə etimadsızlıq təklifi rədd edilib.

Ordu.az xəbər verir ki, iclas palatanın internet saytında yayımlanıb.

Qətnaməni 131 deputat dəstəkləyib, təsdiq üçün isə 289 deputat tələb olunub.

Solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasının ən böyük partiyası olan "Tabe olmayan Fransa"nın irəli sürdüyü etimadsızlıq səsverməsi, xüsusən də onun solda müttəfiqi olan sosialist deputatların böyük əksəriyyəti tərəfindən dəstəklənməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Milli-Assambleya  


Bizi "telegram"da izləyin