Trampın müşavirləri İrana qarşı sanksiyaların sərtləşdirilməsi planı hazırlayır

2025/01/1737090227.jpg
Oxunub: 388     01:21     17 Yanvar 2025    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirlər komandası İrana qarşı sanksiyaların sərtləşdirilməsi planı hazırlayır.

Ordu.az xəbər verir ki, bu haqda “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın əsas müşavirləri arasında neft sənayesinin əsas oyunçularını vuracaq böyük sanksiyalar paketindən başlayaraq Tehrana qarşı maksimum təzyiq strategiyasına qayıtmağın zəruriliyi ilə bağlı konsensus var.

Yeni sanksiyalar paketi hələ fevralda tətbiq oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin