Qəzza razılaşması təsdiqlənərsə, İsrailin Milli Təhlükəsizlik Naziri istefa verəcək

2025/01/1737090106.jpg
Oxunub: 387     00:14     17 Yanvar 2025    
İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə İsrailin milli təhlükəsizlik naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.

Ordu.az xəbər verir ki, bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib.

"Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, “Otzma Yehudit” partiyası hökuməti tərk etmək tələbi ilə çıxış edəcək", - o deyib.

Ben-Qvir əlavə edib ki, Qəzza zolağında müharibə yenidən başlasa, “Otzma Yehudit” hökumətə qayıtmağa hazır olacaq.

Siyasətçinin mətbuat konfransı İsrailin əsas televiziya kanallarında yayımlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin