Danimarka Qrenlandiyadakı aviabazasını gücləndirməyi planlaşdırır

2025/01/1737089844.jpg
Oxunub: 376     23:45     16 Yanvar 2025    
Danimarka Silahlı Qüvvələri Qrenlandiyanın paytaxtı Nuukdan 300 km şimalda yerləşən Kangerlussuaqdakı aviabazasını gücləndirməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə “TV2” telekanalı hərbi komandanlığın “Arktikada və Şimali Atlantikada müdafiə tapşırıqlarının icrasının gücləndirilməsi” adlı məxfi hesabatına istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən məsələ hazırda müdafiə üzrə davam edən siyasi danışıqların əsasını təşkil edir:

“Danimarkanın siyasəti Arktikanı aşağı gərginlik zonası olaraq saxlamaqdan ibarətdir. Lakin hərbi komandirlər bu siyasətin əleyhinədir və gələcəkdə daha aktiv hücumda iştirak etməyi tövsiyə edirlər”.

Məlumata görə, Kangerlussuaqda baza tikmək planlarının dəyəri 1,1 milyard krondan (150 milyon dollar) çoxdur.

Xatırladaq ki, yanvarın 10-da Danimarkanın parlament partiyaları hökumətin Arktikada mövcudluğunu gücləndirmək niyyətini təsdiqləyib, onu lazımi vəsaitlə dəstəkləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin