İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə husilər də hücumlarını bərpa edəcək

2024/08/1724130639.jpg
Oxunub: 484     22:28     16 Yanvar 2025    
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları, İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə İsrail ərazisinə və gəmilərə hücumları bərpa edəcək.

Ordu.az xəbər verir ki, bunu “Ənsar Allah”ın lideri Əbdülməlik əl-Husi tərəfdarlarına müraciətində deyib.

"Biz sazişin icrasının mərhələlərini izləyəcəyik. İsrail tərəfindən hər hansı pozuntu, qırğınların davam etdirilməsi və ya mühasirənin bərpası halında, Fələstin xalqına dərhal hərbi dəstək verməyə hazır olacağıq", - hərəkat lideri husilərə məxsus “Al Masirah” telekanalı tərəfindən yayımlanan bəyanatda deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Husilər  


Bizi "telegram"da izləyin