Budur “Kaan” döyüş təyyarəsinin ikinci prototipi!

2025/01/1737009464.jpg
Oxunub: 61     19:36     14 Yanvar 2025    
Türkiyənin “Kaan” döyüş təyyarəsinin ikinci prototipi ilk dəfə görüntülənib.

Ordu.az xəbər verir ki, milli döyüş təyyarəsinin yeni prototipində əhəmiyyətli dizayn dəyişikliklərinin olduğu müşahidə edilib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün “2024-cü ilin Qiymətləndirilməsi və 2025 Hədəfləri Mətbuat Toplantısı” çərçivəsində sürpriz edib.

Görgün “Kaan” döyüş təyyarəsinin ikinci prototipinin görüntüsünü ilk dəfə mətbuat mənsubları ilə paylaşıb.

“Kaan”ın ikinci prototipində birinci prototiplə müqayisədə əhəmiyyətli konstruktiv dəyişikliklərin olduğu, xüsusilə də təyyarənin burun hissəsinin kiçildildiyi müşahidə edilib.

Görgün “Kaan” döyüş təyyarəsi üçün ümumilikdə 6 ədəd prototipin hazırlanacağını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin