Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq

2024/07/a3d5e-1720629400.jpg
Oxunub: 484     12:12     15 Yanvar 2025    
Moldova növbəti həftələrdə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı tematik klasterlər üzrə danışıqlara başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixail Popşoy “Moldova” radiosuna müsahibəsində bildirib.

"İlk klasterlər tezliklə, faktiki olaraq növbəti həftələrdə açılacaq. Biz Avropa İttifaqının bütün ölkələri ilə sıx əlaqə saxlamaq üçün həm XİN, həm parlament və hökumətdəki həmkarlarımız səviyyəsində, həm də prezident aparatı səviyyəsində işləyəcəyik", - o bildirib.

XİN başçısının sözlərinə görə, Aİ-yə üzv ölkələrin davamlı dəstəyi inteqrasiya prosesinin növbəti mərhələlərində həlledici əhəmiyyət kəsb edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin