ABŞ, Cənubi Koreya və Yaponiya birgə “müharibə oyunları” keçirib

2024/11/1731473332.jpg
Oxunub: 466     10:35     15 Yanvar 2025    
Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi hava qüvvələri çərşənbə günü Koreya yarımadası yaxınlığında birgə hərbi təlimlər keçirib.

Ordu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, təlimlərə səs sürətini ötən strateji “B-1B” modelindən olan bombardmançı, F-15 qırıcıları və Yaponiyanın F-2 qırıcıları səfərbər olunub.

Bu 2025-ci ildə müttəfiq orduların keçirdiyi ilk belə təlimdir. Qeyd edək ki, birgə “müharibə oyunları” bu yaxınlarda KXDR-in səs sürətini ötən ballistik raketləri sınaqdan keçirməsi fonunda keçirilir.

“Bu təlimlərin məqsədi Pxenyandan qaynaqlanan nüvə və raket təhdidlərinin qabaqlanması və onlara qarşı reaksiya baxımından birgə potensialı yaxşılaşdırmaqdır”, - deyə Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin