Qəzzada yanacaq qıtlığı səbəbindən 2 mindən çox xəstə köməksiz qala bilər

2025/01/1736919050.jpg
Oxunub: 443     09:16     15 Yanvar 2025    
Qəzza zolağında 2 mindən çox xəstə yanacaq qıtlığı səbəbindən həyati vacib tibbi yardımları ala bilməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatına istinadən məlumat yayıb.

Vurğulanıb ki, Qəzza zolağında yanacaq qıtlığı tibb müəssisələrinin fəaliyyətini təhlükə altına qoyur. Onsuz da qismən fəaliyyət göstərən bu xəstəxanalar heç bir yanacaq ehtiyatına malik deyillər və ən qaçılmaz tibbi xidmətlər göstərmək üçün beynəlxalq təşkilatların məhdud təchizatına güvənirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Yanacaq  


Bizi "telegram"da izləyin