Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə üzvü Marta Kos Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı bildirib.
O, keçən il Aİ-nin Ankara ilə dialoqun aktivləşdirilməsi barədə qərar qəbul etdiyini xatırladıb.
"Bu ilin mart-aprel aylarında Türkiyə ilə iqtisadiyyat üzrə yüksək səviyyəli iclas keçirməyi planlaşdırırıq", - Avropa komissarı bildirib.
M.Kos həmçinin vurğulayıb ki, Avropa İttifaqı Türkiyənin suriyalı qaçqınlara yardım göstərilməsi istiqamətində səylərini yüksək qiymətləndirir.
Agentlik qeyd edir ki, sonuncu dəfə belə görüş 2019-cu il fevralın 28-də İstanbulda keçirilib. Bu görüşdə tərəflər ticarət, investisiya, energetika və nəqliyyat da daxil olmaqla iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.
Ordu.az