İran və Avropa üçlüyü arasında danışıqlar raundunun başlaması əslində İran prezidentinin yanvarın 17-də gözlənilən Moskva səfərindən əvvəldir və səfər zamanı İranla Rusiya arasında böyük strateji tərəfdaşlıq sazişinin imzalanması planlaşdırılır. İranın Rusiyadakı səfirinin Cenevrədə danışıqların başlamasına de-fakto paralel olaraq Rusiya-İran razılaşmasının bəzi təfərrüatlarını açıqlaması diqqət çəkir.
Səfirin sözlərinə görə, saziş giriş hissəsinə malik olacaq və bütün sahələrə, o cümlədən təhlükəsizlik sahəsinə aid olan 47 bənddən ibarət olacaq. Böyük Rusiya-İran müqaviləsi, şübhəsiz ki, təkcə regional deyil, həm də ümumilikdə geosiyasi əhəmiyyətə malik olacaq. De-yure olaraq bütün sahələrə toxunan bu razılaşmanın əsasını yəqin ki, İranın nüvə arsenalı məsələsi təşkil edəcək.
Tehranın belə bir şeyə sahib olması bəzi dairələrdə bəlkə də getdikcə daha az şübhə doğurur. Digər tərəfdən, nüvə silahı özlüyündə “universal konsepsiya” deyil, bu silahların həcmi, növü, xarakteri, həmçinin saxlanması, üstəlik, daşınması və tətbiqi imkanları ilə bağlı geniş spektrli məsələlər mövcuddur. Görünən odur ki, təbii olaraq sözün həqiqi mənasında yox, de-fakto siyasi məntiqlə Rusiya-İran müqaviləsi məhz bu çərçivəyə toxunacaq.
Paralel olaraq Cenevrədə Avropa üçlüyü ilə danışıqların başlaması halı kifayət qədər fəsahətlidir. Görünür, Rusiya ilə yaxınlaşma perspektivi Avropa üçlüyünü İranla danışıqlara sövq edib.
Üçlük Tehrana “son anda” təkliflər etməyə çalışacaqmı, bu təkliflər vasitəsilə onu Rusiya ilə sazişi imzalamaqdan yayınmağa, hansısa yolla imzalanmanı yenidən təxirə salmağa “inandıracaqmı”? Dəqiq nəsə demək çətindir, amma heç bir şübhə yoxdur ki, masadakı mərc kifayət qədər böyükdür.
Asif Cəfərov
Ordu.az