KİV: Qəzza ilə bağlı ilkin razılaşmada 1000-ə yaxın fələstinli məhbus azad ediləcək

2024/12/1735046268.jpg
Oxunub: 514     15:52     14 Yanvar 2025    
Qəzza ilə bağlı ilkin razılaşmada 1000-ə yaxın fələstinli məhbus azad ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın mənbələr AFP-yə bildirib.

Mənbələrə görə, İsrail Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində 33 girov müqabilində təxminən 1000 fələstinli məhbusu azad edəcək.

İsrail hökumətinin rəsmisi isə bildirib ki, razılaşmanın birinci mərhələsi çərçivəsində “bir neçə yüz terrorçu azad ediləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin