ASELSAN tərəfindən inkişaf etdirilən NAVTEX sistemləri missiyaya başlayıb

2025/01/1736853370.jpg
Oxunub: 459     19:45     14 Yanvar 2025    
Türkiyənin nəqliyyat və infrastrukturlar naziri Abdulkadir Uraloğlu Dəniz Rabitə Sistemlərinin Modernləşdirilməsi Layihəsi çərçivəsində ASELSAN tərəfindən yerli və milli olaraq inkişaf etdirilən NAVTEX-i (Navigational Telex) istifadəyə verdiklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Uraloğlu sistemin dənizçilik sahəsində dənizçilərə təhlükəsizlik, naviqasiya və hava şəraiti ilə bağlı kritik məlumatların ötürülməsini təmin edən avtomatik mesajlaşma sistemi olduğunu bildirib.

Nazir qeyd edib ki, Sahil Təhlükəsizliyi Baş İdarəsinin 2023-2025-ci illər dövrü investisiya proqramı çərçivəsində başladılan Dəniz Rabitə Sistemlərinin Modernləşdirilməsi Layihəsi Strategiya və Büdcə İnvestisiya Proqramına daxil edilib.

O, layihənin ASELSAN ilə imzalanmış müqaviləyə uyğun olaraq iki mərhələdə həyata keçirildiyini deyib.

Uraloğlu xatırladıb ki, layihənin birinci mərhələsi olan Əməliyyat Mərkəzi və “Navtex” stansiyalarının quraşdırılmasına 2023-cü ilin may ayında başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   NAVTEX  


Bizi "telegram"da izləyin