Bu gün İsrail və HƏMAS arasında atəşkəs elan edilə bilər

2024/12/1734413410.jpg
Oxunub: 615     15:01     14 Yanvar 2025    
İsrail və HƏMAS arasında bu gün elan edilə biləcək atəşkəs sazişinin şərtləri razılaşdırılır.

Ordu.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ərəb və İsrail rəsmiləri bildiriblər.

"Bu, ən azından Qəzza zolağında döyüş əməliyyatlarını dayandıracaq və bəzi girovların azad edilməsinə gətirib çıxaracaq", - nəşr qeyd edir.

Tərəflər sazişin əsas maddələrini razılaşdırıblar, lakin hələ də bəzi hissələr üzərində işləyirlər.

İstənilən saziş İsrailin təhlükəsizlik kabineti və hökumət tərəfindən təsdiqlənməlidir. Nəşr vurğulayıb ki, tərəflər ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl saziş bağlamağa çalışırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin