XİN rəhbəri: "Rusiya və İran arasındakı müqavilə digər ölkələrə qarşı yönəlməyib"

2024/12/1735534184.jpg
Oxunub: 506     14:34     14 Yanvar 2025    
Rusiya və İran prezidentlərinin imzalamağı planlaşdırdığı hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi digər ölkələrə qarşı yönəlməyib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

"Bu sualı adətən qərbli həmkarlarımız verir, çünki onlar həmişə hər hansı məsələdə Rusiyanın, İranın, Çinin və ya KXDR-in kiməsə qarşı nəsə hazırladığını göstərmək üçün mövzu tapmaq istəyirlər. Lakin bu sənəd, KXDR ilə müqavilə kimi hər hansı bir ölkəyə qarşı yönəlməyib və konstruktiv xarakter daşıyır", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, məqsəd Rusiya və İranın iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli və etibarlı müdafiə qabiliyyətinin təmin edilməsi sahəsindəki imkanlarını gücləndirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   İran  


Bizi "telegram"da izləyin