Pezeşkian sabah Tacikistana səfər edəcək

2024/10/1729761491.jpg
Oxunub: 444     14:25     14 Yanvar 2025    
İran Prezidenti Məsud Pezeşkian yanvarın 15-də Tacikistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistanın dövlət xəbər agentliyi “Xovar” ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində Tacikistan Respublikası ilə İran İslam Respublikası arasında yüksək səviyyəli görüşlər aparılacaq.

Eləcə də ikitərəfli əməkdaşlığa dair geniş spektrli məsələlər müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Tacikistan  


Bizi "telegram"da izləyin