Ordu.az xəbər verir ki, Türkiyədə PUA texnologiyalarından inkişaf etdirilən həllər həm ölkə daxilində, həm də xaricdə yeni vəzifələr götürür.
Kvadropkoter tipli və dəyişkən həcmli PUA-ları ilə diqqət çəkən “Zyrone Dynamics” iki fərqli məhsulu ilə ixrac uğurlarına yeni bir halqa əlavə edib.
Bu çərçivədə ZD100 və ZD200 kvadropkoter tipli PUA-ları Afrikadakı bir ölkəyə ixrac edilib. Bu çərçivədə PUA-lar fəlakət vəziyyətlərində axtarış-xilasetmə işləri və yüklərin kritik nöqtələrə çatdırılması kimi həyati vəzifələrdə istifadə olunacaq.
ZD100 və ZD200 texniki xüsusiyyətləri və geniş tətbiq sahələri ilə seçilir.
Sevinc Əliyeva
Ordu.az