Ordu.az xəbər verir ki, Şoltsun avqust ayında təməlini qoyduğu Tayvan çip nəhəngi TSMC-nin fabriki perspektivli bir başlanğıc hesab edilsə də, “Intel”in Maqdeburqda planlaşdırdığı 30 milyard avro sərmayəsinin dayandırılması Şoltsun vizyonuna ən böyük maneə kimi diqqəti çəkir.
Avqust ayında Drezden yaxınlığındakı böyük bir ərazidə TSMC-nin fabriki üçün keçirilən mərasimdə Şolts Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və digər rəsmilərlə birlikdə ilk təməli qoyanlar arasında yer alıb.
Bu mərasim Almaniyanın şərqini çip istehsalı mərkəzinə çevirmək üçün atılan konkret addım idi. Lakin “Intel”in Maqdeburqda planlaşdırdığı layihəsini dayandırmaq qərarı bu səylərə mane olub.
Sevinc Əliyeva
Ordu.az