Ordu.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada 4-10 yanvar tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada Ukraynadakı hərbi ünsürlərə yüksək dəqiqlikli silahlar və Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücumların həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, bu hücumlarda hərbi hava limanı infrastrukturu, PUA istehsal və saxlama mərkəzləri, sursat anbarları, Ukrayna hərbi qulluqçuları və muzdlularının müvəqqəti yerləşdiyi məntəqələr vurulub.
“ABŞ istehsalı olan 8 ATACMS raket və 41 HIMARS raketi, Fransa istehsalı olan 5 “Hammer” idarəolunan bombası və 689 PUA Rusiya HHM sistemləri tərəfindən vurulub”, - deyə açıqlamada vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az