Almaniya kansleri Ukraynaya yeni yardım paketini təsdiqləməkdən imtina edib

2025/01/1736578530.jpg
Oxunub: 464     12:34     11 Yanvar 2025    
Almaniya kansleri Olaf Şoltsun Ukraynaya 3 milyard avroluq yeni yardım paketini təsdiqləmədiyi iddia edilib.

Ordu.az “Spiegel” jurnalına istinadən xəbər verir ki, xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius fevralın 23-də keçiriləcək ümumi seçkilər ərəfəsində Ukraynaya təcili ehtiyac duyulan əlavə silahların çatdırılması üçün təxminən 3 milyard avroluq əlavə büdcəni səfərbər etmək istəyirlər.

Xəbərdə qeyd edilib ki, Şolts seçkidən əvvəl əlavə hərbi yardım planları ilə maraqlanmır.

Digər tərəfdən, xəbərdə bildirilib ki, Sosial Demokrat Partiyası (SPD) dairələrində Şolts seçki kampaniyası zamanı Ukraynaya əlavə silah tədarükünü elan etməyi istəməyə bilər, çünki bu, potensial SPD seçicilərini özündən uzaqlaşdıra bilər.

Bunun əksinə olaraq “Yaşıllar” partiyasının silah xərclərinin artırılmasını tələb etməklə, xal qazanmağa çalışdığı vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin