Ordu.az xəbər verir ki, Rusiyanın “Android Technology” şirkəti tərəfindən inkişaf etdirilən, “Kornet” tank əleyhinə raketi və sürü PUA-ları ilə təchiz oluna bilən “Marker” İQP-sinin kütləvi istehsalına tezliklə başlanılacaq.
Fərqli missiya sistemləri və silahlarla təchiz oluna bilən çoxfunksiyalı İQP-nin xüsusilə insansız sistemlərin strateji üstünlüyünün getdikcə daha aydın göründüyü Ukrayna-Rusiya müharibəsində mühüm rol oynamağa hazır olduğu bildirilir.
“Marker” İQP-si döyüşdən tutmuş kəşfiyyat missiyalarına qədər geniş spektrli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az