Ağ Ev: Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil

2025/01/1736531257.jpg
Oxunub: 531     23:54     10 Yanvar 2025    
ABŞ-nin hazırkı Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyillər.

Ordu.az
“The Guardian“a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Hazırda hər iki tərəfə dair danışıqlara hazırlıqla bağlı bir gözlənti yoxdur”, - Kirbi vurğulayıb.

Bundan əlavə, Ağ Ev rəsmisinin sözlərinə görə, Rusiya neft istehsalçılarını, tankerlərini, vasitəçiləri, treyderləri və limanlarını hədəf alan sanksiyalar Rusiyanın enerji sektoruna qarşı ən əhəmiyyətli tədbirlərdir.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin