Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb

2025/01/1736531368.jpg
Oxunub: 497     21:41     10 Yanvar 2025    
Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır.

“Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Zelenski   Tramp  


Bizi "telegram"da izləyin