Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək

2024/11/1732696639.jpg
Oxunub: 426     16:41     10 Yanvar 2025    
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen dəvət almadığı üçün yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə getməyəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.

"Sədr fon der Lyayenin Trampın andiçmə mərasimində iştirak etməklə bağlı planları yoxdur", - o qeyd edib.

O, Avropa Komissiyasının andiçmə mərasiminə dəvət alıb-almadığı barədə dəqiqləşdirici suala belə cavab verib: "Əgər dəvət olarsa, baxarıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Tramp  


Bizi "telegram"da izləyin