Hakan Fidan YPG-nin Fransa ordusunu Suriyanın şimal sərhədinə yerləşdirməklə bağlı çağırışına münasibət bildirib

2024/07/1720975084.jpg
Oxunub: 370     13:13     10 Yanvar 2025    
Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə Fransanın Suriyaya hərbçi göndərməsi üçün YPG-nin çağırışı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, Türkiyənin tərəfdaşı ABŞ-dır: “Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Gəlin onların regionda ABŞ olmadan fəaliyyət göstərdiyini görək. Bizim tərəfdaşımız ABŞ-dır, başqaları ilə məşğul olmuruq. Fransa hərəkətə keçmək istəyirsə, öz terrorçu vətəndaşlarını mühakimə etməli və həbs etməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   YPG  


Bizi "telegram"da izləyin