Ordu.az xəbər verir ki, müqavilələrin məqsədi yerli müdafiə istehsalının gücləndirilməsi və xarici idxaldan asılılığın azaldılmasıdır.
İsrail Müdafiə Nazirliyi “Elbit Systems” şirkəti ilə ümumilikdə 276 milyon dollar dəyərində iki böyük strateji müqavilə imzalayıb.
Bu müqavilələrə minlərlə ağır aviasiya sursatının istehsalı və xammal istehsalı üçün milli obyektin yaradılması daxildir.
İsrailin müdafiə istehsalında müstəqilliyinin artırılması və xarici mənbələrdən asılılığının azaldılması Müdafiə Nazirliyinin ilk dəfə “Ynet” tərəfindən açıqlanan planının əsas məqsədlərindən biridir.
Bu təşəbbüs Qəzza müharibəsi zamanı çıxarılan mühüm dərsdən irəli gəlir.
Sevinc Əliyeva
Ordu.az